Bakıda özəl xəstəxanada müalicə alan Gürcüstan vətəndaşı ölüb
Bakıda özəl xəstəxanada müalicə alan Gürcüstan vətəndaşı ölüb.

Bu haqda məlumatı “Report” yayır. Yayılan məlumatda deyilir ki, Yasamal rayonunda yerləşən “Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Ölən şəxs astmadan müalicə alırmış.
Print