Şri-Lankada hücum nəticəsində ölənlərin sayı 290-a çatıb
Şri-Lankada kilsə və mehmanxanalara hücum nəticəsində ölənlərin sayı 290-a çatıb. 500 nəfərdən artıq adam isə yaralanıb.

BBC-nin yazdığına görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var. Məlumata görə, baş vermiş hadisə ilə bağlı polis 24 nəfəri saxlayıb, lakin 21 aprel hücumlarının arxasında kimin olduğu hələlik məlum deyil.

Şri-Lankada partlayışlar bazar günü yerli katoliklər Pasxa bayramını qeyd edərkən baş verib.

İlk partlayış haqqında məlumat bazar günü yerli saatla 8:45-də yayılmışdı. Bundan qısa müddət sonra isə daha 6 partlayış baş verdi.

Hücumların hədəfində Pasxa mərasiminin keçirildiyi üç kilsə də olub. Bundan başqa bir neçə bahalı mehmanxanada da partlayışlar baş verib.

Xarici mətbuatın yazdığına görə, partlayışların arxasında kimin olduğu məlum deyil. Yerli polis saxlanılan 24 nəfərin adını da açıqlamayıb. BBC-nin yazdığına görə, Şri-Lanka hökuməti partlayışları kamikadzelərin həyata keçirdiyini düşünür.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google