Gürcüstanda Ramazan ayı nə vaxt başlayır
Gürcüstanda Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək. Bu
barədə məlumatı "Marneuli" Radiosu ilə söhbəti zamanı Gürcüstan
Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov dedi. Onun sözlərinə
görə may ayının 5-i axşamı niyyət axşamı, Ramazanın ilk günü isə
may ayının 6-sıdır. Onu da bildirdi ki, Ramazan Ay təqvimi əsasında
olduğundan daha dəqiq ayın görünməsi ilə müəyyən olacaq.
İgidov onu da əlavə etdi ki, hər hansı səbəblərə görə oruc
tutulmayan günlər Ramazan ayı başlayana kimi mütləq tutulmalıdır.
Əgər yenə də həmin günlər gecikdirlərsə, və yaxud tutulmadığı
təqdirdə onun qəzası var və o mütləq yerinə yetirilməlidir.
İgidov onu da əlavə etdi ki, Ramazanda tutulmayan orucun qəzası
mütləq ödəniməlidir və növbəti ramazana qədər həmin günlər mütləq
tutulmalıdır.
Onu da bildirək ki, İslam dinində Ramazan ayı ən şəfqətli və ən
müqəddəs aylardan biri hesab edilir. Onu “on bir ayın sultanı” da
adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər
tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz
tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin
birində Quran nazil olmuşdur. Deyilənə görə, bu həmin ayın ya
22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə
"Leylət al-Qədr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə
haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə
mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə
enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!"
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci
il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək
prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü
yoxlamaq imkanı verir, onları təmiz vicdanlı olmağa yönəldir və bu
da oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün
ona "Ramazan orucu" da deyirlər.