VİDEO - Moskva aeroportunda baş vermiş qəzada 41 nəfər dünyasını dəyişib
Moskvanın “Şeremedevo” aeroprotunda baş vermiş qəzda 41 adam dünyasını dəyişib. Ölənlər arasında ikisi uşaqdır. Yerli medianın məlumatına görə, aeroporta təcili eniş zamanı “Aeroflot” təyyarəsində yanğın yaranıb. Sərnişinlər laynerdən qəza çıxışından çıxmağa cəhd ediblər.

Portda 73 sərnişin və beş nəfər ekipaj üzvü olub. 33 sərnişin və ekipajın 4 üzvü xilas olub. 5 nəfər xəstəxanadadır.

“Aeroflot”un nümayəndələrinin bildirdiyinə görə pilot texniki səbəblərə görə enməyə məcbur olub ancaq dəqiq səbəb hələ qeyd olunmur.

Baş verənlə bağlı “Şeremedevo” aeroportundan reyslərin bir hissəsi başqa aeroporta keçirilib.

“Aeroflot”un layneri “Suxoy Superjet 100” “Şeremedevo” aeroprtundan yerli vaxtla saat 18:02-də qalxıb. O, Murmansk şəhərinə uçurmuş.

Print Email
FaceBook Twitter Google