AKP və MHP-nin YSK-dakı (Yüksek Seçim Kurulu) nümayəndələri İstanbul bələdiyyə seçkilərinin nəticələrinin ləğv edildiyini bildirdi
AKP və MHP-nin YSK-dakı (Yüksek Seçim Kurulu) nümayəndələri İstanbul bələdiyyə seçkilərinin nəticələrinin ləğv edildiyini bildirdi.
“Marneuli” radiosunun “halktv.com.tr” yə istinadən verdiyi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyasının Ali Seçki Qurumundakı (YSK) nümayəndələri qurum üzvlərinin İstanbul bələdiyyə seçkilərinin nəticələrinin ləğv edildiyini bildirdi.11 YSK üzvündən 7-si nəticələrin ləğv olunmasına, 4-ü isə qüvvədə saxlanılmasına səs verib. Məlumatı İstanbul bələdiyyə seçkilərində qalib gəlmiş Cümhuriyyət Xalq Partiyasından (CHP) da təsdiqləyiblər. CHP sədri Kamal Kılçdaroğlu partiya mərkəzi idarə heyətini partiyanın mərkəzi ofisinə toplayıb.

Açıqlanan məlumata görə, İstanbulda seçim 23 iyun tarixində yenidən keçiriləcək.

YSK-nın nəticələri ləğv etməsinə isə “ictimai məmur olmayan şəxslərin seçki komissiyası sədri və ya üzvü olmasını” səbəb göstərirlər.

Qeyd edək ki, YSK hələ ki rəsmi açıqlama verməyib.

Xatırladırıq ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi seçkilərində CHP-nin namizədi Ekrem İmamoğlu hakim AKP partiyasının namizədi Binəli Yıldırım 13 minədək səs fərqi ilə qalib gəlib.


Mənbə: halktv.com.tr
Print Email
FaceBook Twitter Google