Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri görüşüblər
Gürcüstan parlamentinin Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri diasporla iş üzrə dövlət komitəsində olublar.

"Marneuli" radiosu ONA-ya istinadən xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verir. Görüşdə Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament Dostluq qrupunun sədri Zviad Dzidziquri, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Aqrar məsələlər üzrə Komitə sədrinin birinci müavini, dostluq qrupunun üzvü Gela Samxarauli, Diaspor və Qafqaz məsələləri Komitəsinin və dostluq qrupunun üzvü Mahir Dərziyev, Xarici əlaqələr Komitəsinin və dostluq qrupunun üzvü Ramaz Nikolaişvili, Gürcüstan Parlamentinin beynəlxalq münasibətlər idarəsinin parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, millət vəkili Əflatun Amaşov iştirak ediblər.

Komitə sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyi və inkişafından danışıb. Zviad Dzidziquri səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib və Azərbaycanla Gürcüstan arasında sosial-mədəni sahədə əməkdaşlıq barədə geniş fikirlərini bölüşərək, iki olkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Səmimi keçən görüşdə Azərbaycan və Gürcüstan diasporunun qarşılıqlı əməkdaşlığından, parlamentlərarası əlaqələrin möhkəmliyindən və diaspor fəaliyyəti ilə bağlı görülən işlər barədə ətraflı müzakirə aparılıb. Müzakirələrdə müxtəlif layihələrlə bağlı təkliflər səsləndirilib və bunların həyata keçirilməsində işçi qrupunun rolu diqqətə çatdırılıb.
Print Email
FaceBook Twitter Google