ABŞ-da 2 təyyarə toqquşdu, 5 nəfər həlak oldu
Amerikanın Alyaska ştatında iki hidrotəyyarənin toqquşması nəticəsində biri pilot, 4-ü sərnişin olmaqla 5 nəfər həyatını itirib.

Amerika mətbuatında yayılmış  xəbərlərə görə, təyyarələr ekskursiyadan qayıdarkən Ketçikan şəhəri yaxınlığında toqquşub. ABŞ Sərhəd Mühafizəsindən yayılan məlumatda bildirilib ki, hadisə nəticəsində 10 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. İki təyyarənin göyərtəsində ümumilikdə 16 nəfər olub. 

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google