Yaponiyada ən sürətli "güllə qatarı"n sınaqlarına başlanıldı
Yaponiya indiyə qədər istehsal olunan ən sürətli "güllə qatarı"n sınaqlarına başlanıldı.

2030-ci ildə xidmətə verilməsi gözlənən qatar ilk olaraq saatda 360 kilometr məsafə qət edəcək . Qatar bu sürətlə Çinin rekordçu qatarı "Fuxing"i geridə buraxacaq.

İlk növbədə 280 kilometr məsafədəki Sendai və Aomori şəhərləri arasında sınanılacaq uzun sivri burunlu "ALFA-X"-in 10 vaqonu vardır.

Yaponiya keçən il "Shinkansen N700S" modelinin sınaqlarına başlamışdı. Bu modelin 2020-ci ildən istifadəyə veriləcəyi və Tokio Yay Olimpiya Oyunlarında istifadə ediləcəyi bildirilmişdi.

Ən çox 300 km/s sürətə çatacağı açıqlanan "N700S"dən yeni sürət rekordu gözlənilmir.

Dünyadakı ən yüksək sürətə çatan qatarlar, saatda 200 km ilə yenə Yaponiya və Fransadadırlar. Fransa və İngiltərəni bağlayan "Eurostar" saatda 185 km sürətlə hərəkət edir.
Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google