İranda sel fəlakəti, ölənlər var
İranın İsfahan vilayətinə bağlı Məşhəd Ərdahal qəsəbəsində sel fəlakəti baş verib. İki nəfər həyatını itirib.

İsfahan şəhər icra hakimiyyəti yanında fövqəladə hallar mərkəzinin səlahiyyətlisi Mənsur Şüşəfuroş mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, baş verən və həyatı iflic edən daşqın nəticəsində Məşhəd Ərdahal şəhərinə ağır maddi ziyan dəyib. İki nəfər isə həyatını itirib.

Xatırladaq ki, 17 martda ölkədə güclü yağışların yağması nəticəsində 17 vilayət suların altında qalmışdı. 78 nəfərin həyatını itirdiyi təbii fəlakət nəticəsində min nəfər yaralanmışdı. 7 milyard 619 milyon dollarlıq ziyan dəymişdi. Türkiyə Qızıl Aypara cəmiyyəti isə bölgədəki fəlakətdən zərər çəkənlərə 5 yük maşınından ibarət humanitar yardım çatdırmışdı.

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google