Afinanın kənar məhəlləsində 29 yaşlı gürcü qadın boğulmuş vəziyyətdə tapılıb – Yunanıstan mətbuatı
Afina şəhərinin kənar məhəlləsi Kaliteada 29
yaşlı Gürcüstan vətəndaşı yataq otağında öldürülmüş vəziyyətdə
tapılıb.
Bu
barədə məlumatı “ant1iwo.com” yayıb. Mətbuat vasitəsinin məlumatına
görə, qadının boğulduğu güman edilir.
Mərhumun qohumları ötən gündən onu axtarırdılar və tapa bilmədikdə
onun xalası çilingərin köməyi ilə evə daxil olub və qadını ölmüş
vəziyyətdə tapıb.
Polisin məlumatına görə, onu qətlə yetirənin kimliyi gürcü
qohumlarına məlumdur. Hadisənin digər təfərrüatları barədə məlumat
verilmir.