Afinanın kənar məhəlləsində 29 yaşlı gürcü qadın boğulmuş vəziyyətdə tapılıb – Yunanıstan mətbuatı
Afina şəhərinin kənar məhəlləsi Kaliteada 29 yaşlı Gürcüstan vətəndaşı yataq otağında öldürülmüş vəziyyətdə tapılıb. Bu barədə məlumatı “ant1iwo.com” yayıb. Mətbuat vasitəsinin məlumatına görə, qadının boğulduğu güman edilir.

Mərhumun qohumları ötən gündən onu axtarırdılar və tapa bilmədikdə onun xalası çilingərin köməyi ilə evə daxil olub və qadını ölmüş vəziyyətdə tapıb.

Polisin məlumatına görə, onu qətlə yetirənin kimliyi gürcü qohumlarına məlumdur. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mənbə: İnterPressNews
Print