Britaniyanın Baş naziri Theresa May iyunun 7-də istefaya gedəcəyini elan edib
Baş nazir həmçinin, öz varisinin nə vaxt seçiləcəyini müəyyən edə bilər, yüksək rütbəli hökumət rəsmiləri bildirir.

Mühafizəkar partiyasının liderliyi uğrunda rəqabətin 10 iyunda başlayacağı güman edilir.

Theresa May-in Brexit planı parlamentdə mühafizəkar partiyasını təmsil edən millət vəkilləri tərəfindən rədd edildikdən sonra istefaya dair çağırışlar güclənməkdə idi.

Yanvar ayından bəri Brexit-lə bağlı Britaniya ilə Avropa İttifaqı arasında aparılan üç danışıqların nəticəsi Britaniya millət vəkilləri tərəfindən rədd edilib.


Mənbə: BBC

Print