Məktəblilərə hücum edildi
Yaponiyanın Kawasaki şəhərində ibtidai məktəb şagirdlərinə hücum edilib. Hadisə nəticəsində məktəblilərdən biri həyatını itirib ən az 16-sı yaralanıb.

Yaponiya telekanalı NHK-nin xəbərinə görə, hadisə Tokio yaxınlığında yerləşən sənaye şəhəri Kawasakdə törədilib. Məktəb şagirdlərini hədəf alan 50 yaşlı cinayətkar hadisədən qısa müddət sonra tutulub.

Bildirilir ki, xəstəxanalarda yerləşdirilən yaralı məktəblilərdən üçünün vəziyyəti ağırdır.

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google