Məktəblilərə hücum edildi
12:11 / 28.05.2019
Yaponiyanın Kawasaki şəhərində ibtidai məktəb
şagirdlərinə hücum edilib.
Hadisə nəticəsində məktəblilərdən biri
həyatını itirib ən az 16-sı yaralanıb.
Yaponiya telekanalı NHK-nin xəbərinə görə, hadisə Tokio
yaxınlığında yerləşən sənaye şəhəri Kawasakdə törədilib. Məktəb
şagirdlərini hədəf alan 50 yaşlı cinayətkar hadisədən qısa müddət
sonra tutulub.
Bildirilir ki, xəstəxanalarda yerləşdirilən yaralı məktəblilərdən
üçünün vəziyyəti ağırdır.
Mənbə: trt.net.tr