Sudanda nümayişin dağıdılması nəticəsində ölənlərin sayı 60-a çatıb
Sudanda nümayişin dağıdılması nəticəsində
ölənlərin sayı 60-a çatıb.
Həkimlərin bildirdiyinə görə, paytaxt Xartumda
təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə odlu silahdan da
atəş açılıb.
Keçici Hərbi Şuranın binası qarşısındakı etiraz aksiyaları aprel
ayının əvvəllərindən davam edirdi. Sakinlər demokratik hakimiyyət
tələbi ilə dinc aksiya keçirirdi. Lakin hazırda Sudana rəhbərlik
edən Hərbi Şura nümayişçiləri dağıtmağa qərar verdi və sakinlərə 9
aydan sonra növbədənkənar seçkilərin keçiriləcəyini vəd etdi.
Qeyd edək ki, Keçici Hərbi Şura iki ay əvvəl Sudan prezidenti Ömər
əl-Bəşiri vəzifəsindən uzaqlaşdırıb. Əl-Bəşir ölkəyə 30 il ərzində
rəhbərlik edib.