Saakaşvili: İvanişvilini uzaqlaşdırmalıyıq, indi əsas məqsəd budur
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynadan video müraciət yayımlayır və deyir ki, Rusiyanın Düma deputatı Sergey Qavrilovun ətrafında Gürücstanda yaranmış vəziyyətdən müxalifət birləşmək üçün istfadə etməlidir.

“Bu gün Gürcüstanda baş verən Gürcüstanın, onun simvolunun təhqir edilməsinin son nöqtəsi idi. Bu son illərdə İvanişvilinin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu qorxaq adamdır, Moldovalı həmkarı Plaxatnyuku gördü və qaçdı, ona qədər Poroşenko məğlub oldu və onun da sırası gələcək, indi hər növ alçaqlıq törətməyə hazırdır” – Saakaşvili bildirib və 20 iyunda öz Facebook səhifəsində yayımlayıb.

Gürcüstanın keçmiş przidenti hamını birləşməyə və hakimiyyətdən İvanişvili komandasının çıxarılmasına çağırıb.

“Biz ona heç bir halda buradan qaçmaq, manevr imkanı verməməliyik. İndi bütün müxalif güclər birləşməlidir. O, indi çalışdı ki, hamı ilə ayrılıqda danışsın. O, keçən il olduğu kimi birinci turdan sonra etdiyi kimi özünü doğrultmağa çalışacaq. Bunların hamısı yalandır.

Siz ki, bilirsiniz bütün pisliklərin başı yalnız bir şeydir – bu oliqarx İvanişvilidir. Oliqarx İvanişvilinin uzaqlaşdırılması olmadan Gürcüstanda heç nə olmayacaq. Ona görə də mən düşünürəm ki, bizə birlik lazımdır. Biz heç bir halda ondan əl çəkməməliyik, maksimum konsolidasiya etməliyik ki, xalq hər tərəfdən birləşsin və bir yumruq olaq, sakit şəkildə onu uzaqlaşdıraq və sonra bütün hakimiyyəti seçkilər yolu ilə dəyişək. İndi əsas məqsəd budur” – Saakaşvili deyir. O, proseslərə qoşulmağa və gürcü xalqının, siyasi spektrin vacib hesab etdiyi yerdə durmağa hazır olduğunu bildirirb.

Mənbə: Netgazeti
Print