Dünya
İndoneziyada güclü zəlzələ
İndoneziyada güclü yeraltı təkanlar qeydə alınıb.

Maluku əyalətində 7,7 bal gücündə zəlzələ baş verib.

İndoneziya Meteorologiya, İqlim və Goefizika Qurumu bildirib ki, zəlzələnin episentri Maluku bölgəsindən 245 km uzaqda, yerin 231 km dərinliyində olub.

Qurum zəlzələdən sonra sunami xəbərdarlığı etməyib.

Zəlzələnin tələfata səbəb olması ilə bağlı məlumat verilməyib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi də zəlzələnin 7,5 bal gücündə olduğunu bildirib.

İndoneziyada 28 sentyabr 2018-ci ildə Sulavesi adasındakı Palu körfəzində baş verən 7,5 bal gücündəki zəlzələ və daha sonra yaranan sunami Donqqala, Palu və Sigi bölgələrində təsirli olmuşdu. Zəlzələ və sunami nəticəsində 4 min 340 nəfər həyatını itirmişdi.

Mənbə: trt.net.tr
FaceBook Twitter Google