Texas ştatında baş vermiş təyyarə qəzasında 10 nəfər ölüb
Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya İdarəsi (FAA) tərəfindən verilən yazılı məlumata görə.

Amerikanın Texas ştatında meydana gələn təyyarə qəzasında 10 nəfər həyatını itirdi.

Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya İdarəsi (FAA) tərəfindən verilən yazılı məlumatda qəzanın Addison bölgəsindəki hava limanında yerli vaxtla səhər saat 9 radələrində baş veridyi bildirilib. Qalxarkən istiqamətini itirərək mərəkə çırpılan özəl təyyarəni alov bürüyüb və içində olan 10 nəfərin hamısı həyatını itirib.

ABŞ Federal Aviasiya İdarəsi qəzanın səbəbi və ölənlərin kimlikləri ilə bağlı açıqlama verməyib.

Mənbə: trt.net.tr
Print