Xəbərlər
Rusiyada sualtı qayıq yanıb - 14 dənizçi ölüb
Rusiyanın sualtı qayığında yanğın baş verib.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, 14 dənizçi dünyasını dəyişib. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Hadisəyə gəmidəki qısa qapanmanın səbəb olduğu bildirilir. Qısa qapanma isə dənizçilərin xüsusi tapşırığı yerinə yetirməsi zamanı baş verib.

Qeyd edək ki, hadisə iyulun 1-də baş verib.

Mənbə: qafqazinfo.az
FaceBook Twitter Google