Rusiyada sualtı qayıq yanıb - 14 dənizçi ölüb
13:45 / 03.07.2019
Rusiyanın sualtı qayığında yanğın baş
verib.
Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, 14 dənizçi
dünyasını dəyişib. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama
yayıb.
Hadisəyə gəmidəki qısa qapanmanın səbəb olduğu bildirilir. Qısa
qapanma isə dənizçilərin xüsusi tapşırığı yerinə yetirməsi zamanı
baş verib.
Qeyd edək ki, hadisə iyulun 1-də baş verib.
Mənbə:
qafqazinfo.az