Saakaşvili: Bizim mətbuatımız Rusiya işğalı ilə mübarizədə Rusiya mətbuatına oxşamamalıdır
“Bizim mətbuatımız Rusiya imperializmi və işğalı ilə mübarizədə Rusiyanın isterik mətbuatına oxşamamalıdır!”, – Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yazıb və əlavə edib:

“Həqiqət bizim tərəfimizdədir və həqiqəti də sivil yolla çatdırmaq lazımdır!
Epataj (Bütün normaları və qaydaları pozan davranış) və isterika bizim işlərimizə ancaq zərər vura bilər”,
– Saakaşvili “Facebook” səhifəsində yazıb.

Onun bu bəyanatı güman ki, canlı efir zamanı “Rustavi-2” televiziyasının aparıcısı tərəfindən Putinin ünvanına səsləndirilən söyüşlərlə bağlıdır.

Verilişin aparıcısının söyüşlərini baş nazir Mamuka Baxtadze və Tbilisi meri Kaxa Kaladze də təxribat adlandırıb.

Teleaparıcının bu qərarına kanalın baş direktoru Nika Qvaramia da münasibət bildirib:

“Əlbəttə, bu formada özünüifadə qəbuledilməzdir, bu kanalın mövqeyi deyil. Baxmayaraq ki, bu Qabunianın müəllif mövqeyidir, kanal yenə də fikrin bu formada ifadə edilməsinə narazılığını bildirir və belə bəyanatları bəyənmir. Radikal dəyərləndirmə ürəkbulandırıcı söyüş demək deyil və bu yolverilməzdir”, – Qvaramia bildirib.

Mənbə: Netgazeti
Print