“Mən gürcü xalqına olan hörmətimə
görə bunu etməzdim” – “Ria Novosti”nin məlumatına görə bu haqda
Rusiya prezidenti Vladimer Putin Gürcüstana sanksiyalar təyin
edilməsi məsələsi ilə bağlı bildirib.
Rusiya Duması Gürcüstana qarşı sanksiyalar haqqında bəyənatı qəbul
edib. Ria Novostinin məlumatına əsasən, Dövlət Duması hakimiyyətə
Gürcüstana qarşı sanksiyalardan istifadə olunmasının
məqsədyönlülüyünü yeniləməklə bağlı məsləhətlə müraciət edib.
Bəyanatda deyilib ki, sanksiyalar şərab və qazlı suyun verilməsinə,
eləcə də maddi və xarici ticarət əməliyyatlarına, turistik işlərə
və.s. aid ola bilər. Agentliyin məlumatına görə, bu bəyanatı qəbul
etməyin səbəbi ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olan
“Rusiyaya qarşı təxribatlar”dır.
Qeyd edilməlidir ki, Putin artıq Gürcüstana turistik sanksiyalar
qoyub. 8 iyuldan ölkələr arasında birbaşa uçuşlar məhz onun
sərəncamı əsasında dayandırılıb.
Mənbə:
Netgazeti