Sovet İttifaqının dağılması Rusiyanın özü üçün də müsbət hadisə idi - Tusk
Avropa Şurasının prezidenti Donald Tusk Batumidə,
beynəlxalq konfransda çıxışı zamanı Sovet İttifaqının dağılmasını
müsbət hadisə adlandırıb. Qeyd olunan məsələ ilə bağlı o, Avropa
ilə yaxınlaşmaq kontekstində danışıb.
“Biz 2019-cu ildə Avropa İttifaqının genişləndirilməsinin
15-ci ilini qeyd edəcəyik. Bu mənim ölkəmə, Polşaya da böyük nəticə
verdi və həmin il biz Sovet dominantlığının dağılmasının da qeyd
edəcəyik. Buna Tbilisi və başqa ölkələrdə də nümayişlərlər
başladılar. Eləcə də Polşada azad seçkilər keçirildi. Yəqin ki,
xatırlayırsınız, Rusiya prezidenti 2005-ci ildə bildirdi ki, Sovet
İttifaqının dağılması bu eranın böyük səhvi idi. Mən istəyirəm ki,
bu tribunadan ucadan və ciddi olaraq Sovet İttifaqının dağılmasını
qeyd edim və bu Gürcüstan, Polşa və Mərkəzi, Şərqi Avropa ölkələri
üçün həqiqətən də müsbət hadisə idi. Əminəm ki, Rusiyanın özü üçün
də belədir. Bu çox simvolik tarixdir ki, bu vaxt ərzində hansı
yolu keçdiyimizi və gedişatımızı necə davam etdirdiyimizi müzakirə
edirik. Əgər Şərq Tərəfdaşlığının on illiyinə baxsaq, görərik ki,
bu illər ərzində bizim münasibətlərimiz daha da dərinləşdi, daha da
strukturlu və müsbət oldu”, – Donald Tusk
bildirib.