Türkiyə polisi İstanbulda 270 milyon ABŞ dolları həcmində saxta əsginaslar müsadirə edib
13:51 / 24.07.2019
Türkiyə polisi İstanbulda 270 milyon ABŞ dolları
həcmində saxta əsginaslar müsadirə edib.
Türkiyə mətbuatının məlumatına görə, İstanbuldakı nəşriyyatlardan
birində xüsusi əməliyyat həyata keçirib. Hüquq mühafizəçiləri
nəşriyyatda saxta əsginasların çap olunduğu otaq aşkarlayıblar.
Türkiyə polisinin bildirdiyinə görə, aşkarlanmış saxta əsginasların
miqdarı ölkə tarixində rekorddur.
Saxta dollar hazırlanması faktı ilə bağlı olaraq altı nəfər
saxlanılıb.