Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb
İyulun 24-də saat 22.00 radələrində plana
uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava
Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi
kəsilib
və
aviasiya vasitəsi radarlardan itib.
"Marneuli" radiosu oxu.az-a istinadən xəbər verir ki, bu barədə
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə
Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər
həyata keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın
səbəblərinin araşdırılmasına başlayıb.