Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur
Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur. "Marneul" radiosu azertac.az-a istinadla xəbər verir ki, bu məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi verib.

Məlumatda bildirilir ki, gəmidə olan daha 150 nəfəri xilas etmək mümkün olub. Bundan əvvəl də BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının “Twitter” səhifəsində qanunsuz miqrantları daşıyan gəminin Liviyanın Homs şəhərinin sahillərində qəzaya uğradığı bildirilib. Əlavə edilib ki, bu qəza nəticəsində 100-dən çox insan həlak olub, 140 miqrant isə xilas edilərək sahilə çatdırılıb.
Print Email
FaceBook Twitter Google