Türkiyədə baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub – FOTO
Türkiyənin Cənub-Qərb bölgəsində Denizli əyalətində güclü zəlzələ baş verib. Yeraltı təkanların gücü 6 bal olub.

Təbii fəlakət yaşayış evlərinə və infrastruktura ziyan vurub, 20 nəfər yaralanıb.

Yerli mətbuatın məlumatına görə, yeraltı təkanlar nəticəsində evlər uçub, bir neçə evin isə dam örtüyünə ziyan dəyib. Rəsmi məlumata görə, dağıntılar insan tələfatına səbəb olmayıb. Yaralananların isə yüngül xəsarət aldıqları bildirilir.




Print Email
FaceBook Twitter Google