İstanbulda güclü partlayış: ölən var - FOTO
Türkiyənin İstanbul şəhərində yaşayış binalarının birində partlayış olub.

"Sabah" xəbər verir ki, hadisə Sancaqtəpə rayonunda baş verib.

Partlayışa qaz sızması səbəb olub, daha sonra binada yanğın başlayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Əraziyə çox sayda yanğınsöndürən və polis cəlb edilib.

Binanın sakinləri təxliyə olunub.



Print Email
FaceBook Twitter Google