Sakit Okeanda güclü zəlzələ baş verib
Solomon adaları dövlətinə məxsus Santa Krus
arxipelaqında Utupua adasının qərb sahillərində okeanda 6,1 bal
gücündə zəlzələ qeydə alınıb.
Marneulifm xarici mətbuata istinadən xəbər verir ki, bu barədə
Avstraliyanın Milli seysmolojı xidməti bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 01:05-də başlayıb.
Yeraltı təkanların episentri Utupua adasının sahil zolağından 50
kilometr şimal-qərbdə, ocağı isə isə 77 kilometr dərinlikdə
yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami
təhlükəsi elan olunmayıb.