Parisdə dörd polis əməkdaşı bıçaqlanaraq öldürülüb
Parisdə polis qərargahının işçisi dörd polis əməkdaşını bıçaqlayaraq öldürüb, özünü isə başqa bir polis əməkdaşı güllələyib.

Oktyabrın 3-də baş vermiş hücumun motivi bəlli deyil. Hadisə Fransa paytaxtının mərkəzində, Notr-Dam Kilsəsi yaxınlığında baş verib.

Təhqiqatçılar hücuma iş yerində mübahisənin səbəb olmasından şübhələnirlər. Bu, son illər Fransa polisində ən çox ölümə səbəb olmuş insidentdir.

İdarənin ətrafı, yaxınlıqdakı metro stansiyası təhlükəsizlik səbəbilə bağlanıb.

Polisin sözçüsü insidenti şərh etməyib.

Polisdəki mənbələrin bildirməsinə görə, hücum edən polis binasında administrativ vəzifədə çalışırmış, ancaq bunu təsdiqlətmək mümkün olmayıb.

Mənbə: azadliq.org
Print