"Binə" ticarət mərkəzindəki yanğın nəticəsində 3 nəfər xəsarət alıb (VİDEO/FOTO)
10:27 / 08.10.2019
Bakının Qaradağ rayonu ərazisində yerləşən
"Binə" ticarət mərkəzində güclü yanğın baş verib.Yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli
xəsarətlər alıb.
APA-nın məlumatına görə, bu barədə hadisə
yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri
bildirib.
Xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları
çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar.
Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım
göstərilib.
Yanğın baş verən əraziyə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin
yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan
3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və
digər sıralara doğru irəliləyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.