Gürcüstanın Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
Gürcüstanın Baş Naziri Qiorqi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.

"Marneuli" radiosu "Report"a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qiorqi Qaxariyanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş Nazir Qiorqi Qaxariyanı Azərbaycanın Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Print Email
FaceBook Twitter Google