Meksikada şəhər merini maşına bağlayıblar və küçədə sürükləyiblər
Meksikada Las-Marqaritas bələdiyyəsinin meri,
Xorxe Eskandonu avtomobilə bağlayıblar və küçələrdə sürükləyiblər,
bu haqda yerli nəşriyyat „Heraldodemexico“ məlumat
verir.
Nəşriyyatın məlumatına görə, Eskandon yerlilərə şəhərə yol
çəkəcəyinə dair vəd veribmiş. Ancaq vədini yerinə yetirməyib. Bu
isə vətəndaşların narazılığına səbəb olub. Ancaq BBC qeyd edir ki,
yerli məmurlara kriminal işlərə qoşulmaqdan imtina etdikdə çox
hallarda narkotik istifadəçiləri hücum edir. Ancaq vədlərin yerinə
yetirilməməsi halında hücum edilməsi nadir haldır.
Yekun nəticədə, əhali meri kəndirlə maşına bağlayıb və şəhərdə
sürükləyib. Hadisə polis maşını dayandırana qədər davam edib.
„Twitter”-də baş verən hadisənin videosu yayımlanıb. Kadrlardan
görsənir ki, yerli əhali maşının ardınca necə gedir.
BBC-nin məlumatına görə mer üçün həyati təhlükə yoxdur, polis isə
11 nəfər yerlini həbs edib.