Erdoğan Trampın məktubunu "zibilə atıb" – BBC
BBC yazır ki,
Türkiyənin prezidenti Receb Tayyib Erdoğan Donald Trampın məktubunu
“zibilə atıb”.
Məktubda ABŞ prezidenti türk həmkarını “yaxşı
oğlan” və axmaq olmamağa çağırıb.
Tramp Erdoğana məktubu Suriya ətrafında cərəyan edən hadisələrlə
bağlı göndərib və məktubda qeyri-formal sözlərdən istifadə
edib.
BBC-nin yazdığına görə, Türkiyə prezidentinə yaxın olan mənbələrdən
biri bildirib ki, Erdoğan məktubda olan təklifləri “qəti şəkildə
inkar edib”.
Məktubu alan gün Türkiyə Şimali Suriyada növbəti hücuma
başlayıb.
“Yaxşı oğlan olma. Axmaq olma! Sonra sənə zəng
vuracağam.” – Trampın məktubunda deyilir.
Türkiyə Prezidentinə yaxın olan mənbə BBC-yə bildirib ki, cavab
olaraq: “Prezdent Erdoğan məktubu aldı, qəti şəkildə inkar etdi və
zibilə atdı”.