Gürcüstan idmançıları Almaniyada keçirilən çempionatdan vətənə 9 medalla qayıdıblar (FOTO)
Gürcüstan idmançıları 18-19 oktyabr tarixində
Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda 3
qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Bu
haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı "Gorarxı"
idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri
Tofiq Əkbərov verdi.
Onun sözlərinə görə, yarış Dünya Döyüş Növləri Federasiyasının
təşkilatçılığı ilə baş tutub və Kikboks, Tayboks, K1 və digər idman
növləri üzrə keçirilib.
Tofiq Əkbərovun dediyinə görə, Özcan Əhmədov “K-1 RULES” versiyası
üzrə keçirilən yarışda 55 kq çəki dərəcəsində mübarizəyə qatılan və
bütün rəqiblərinə qalib gələn WFMC-nin dünya çempionluğunu
qazanaraq, qızıl medala sahib oldu. 65 kq çəki dərəcəsində mübarizə
aparan Emil Xəlilov finalda rəqibinə məğlub olaraq ikinci yerə
çıxıb və gümüş medal qazanıb. Digər idmançılar 60 kq çəki
dərəcəsində iştirak edən İsfahan Əliyev, Ratxan Osmanov və Kənan
Bayramov isə bürünc medal qazanaraq, üçüncü yerə çıxıblar.
Onun sözlərinə görə, çempionatda KICK-LIGHT versiyası üzrə də yarış
keçirilib və Gürcüstan idmançıları bu yarışa da qatılıblar. 70 kq
çəki dərəcəsində Kənan Bayramov və Ratxan Osmanov rəqiblərini
məğlub edərək birinci yeri tutublar və qızıl medal qazanıblar. 60
kq çəki dərəcəsində zədəli halda mübarizəyə qatılan İsfahan Əliyev
gümüş medala sahib olub. Digər idmançı Emzar Nuriyev isə yarışda 65
kq çəki dərəcəsində iştirak edib, o, üçüncü yerə çıxıb və bürünc
medal qazanıb.
T. Əkbərov onu da əlavə etdi ki, onlar dekabr ayında daha bir
yarışa, İtaliyanın Roma şəhərində keçiriləcək Avropa çempionatına
hazırlaşırlar. Bu yarışa isə 10 nəfərədək idmançı ilə qatılmağı
düşünürlər və o, ümid edir ki, bu çempionatdan da qələbə ilə
qayıdacaqlar.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166