Gürcüstan idmançıları Almaniyada keçirilən çempionatdan vətənə 9 medalla qayıdıblar (FOTO)
Gürcüstan idmançıları 18-19 oktyabr tarixində Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı "Gorarxı" idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov verdi.

Onun sözlərinə görə, yarış Dünya Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutub və Kikboks, Tayboks, K1 və digər idman növləri üzrə keçirilib.

Tofiq Əkbərovun dediyinə görə, Özcan Əhmədov “K-1 RULES” versiyası üzrə keçirilən yarışda 55 kq çəki dərəcəsində mübarizəyə qatılan və bütün rəqiblərinə qalib gələn WFMC-nin dünya çempionluğunu qazanaraq, qızıl medala sahib oldu. 65 kq çəki dərəcəsində mübarizə aparan Emil Xəlilov finalda rəqibinə məğlub olaraq ikinci yerə çıxıb və gümüş medal qazanıb. Digər idmançılar 60 kq çəki dərəcəsində iştirak edən İsfahan Əliyev, Ratxan Osmanov və Kənan Bayramov isə bürünc medal qazanaraq, üçüncü yerə çıxıblar.

Onun sözlərinə görə, çempionatda KICK-LIGHT versiyası üzrə də yarış keçirilib və Gürcüstan idmançıları bu yarışa da qatılıblar. 70 kq çəki dərəcəsində Kənan Bayramov və Ratxan Osmanov rəqiblərini məğlub edərək birinci yeri tutublar və qızıl medal qazanıblar. 60 kq çəki dərəcəsində zədəli halda mübarizəyə qatılan İsfahan Əliyev gümüş medala sahib olub. Digər idmançı Emzar Nuriyev isə yarışda 65 kq çəki dərəcəsində iştirak edib, o, üçüncü yerə çıxıb və bürünc medal qazanıb.

T. Əkbərov onu da əlavə etdi ki, onlar dekabr ayında daha bir yarışa, İtaliyanın Roma şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırlar. Bu yarışa isə 10 nəfərədək idmançı ilə qatılmağı düşünürlər və o, ümid edir ki, bu çempionatdan da qələbə ilə qayıdacaqlar.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print