"Əbubəkr əl-Bağdadi öldü, bir qorxaq kimi, qaçaraq və ağlayaraq", - D.Tramp
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp terror təşkilatı DAEŞ-in sözdə başçısı Əbubəkr el-Bağdadinin Suriyada təşkil edilən əməliyyatla ölü ələ keçirildiyini açıqladı.

Ağ Evdən verdiyi açıqlamada D.Tramp ABŞ-ın oktyabrın 26-sında gecə Suriyada keçirilən əməliyyatda Bağdadinin ölü ələ keçirildiyini bu sözlərlə bildirib:

"Əbubəkr əl-Bağdadi öldü, bir qorxaq kimi, qaçaraq və ağlayaraq.

Əməliyyat zamanı o, bir tunelə girdi. ABŞ-ın K9-ları onu izləyirdi.

Bağdadi üzərindəki partlayıcılı yeləklə intihar etdi. DNT nəticələri ölən adamın o olduğunu təsdiq etdi.

Son bir neçə həftədir Bağdadi tərəfimizdən izlənilirdi. Əməliyyatda Türkiyə, Rusiya, Suriya və İraqla koordinasiyalı şəkildə çalışdıq. Bu ölkələrə təşəkkürümü bildirirəm, çox kömək etdilər, əla oldu."


Mənbə: trt.net.tr
Print