Xəbərlər
Gürcüstanlı idmançıları Turan döyüş sənəti üzrə ikinci dünya çempionatında iştirak edəcəklər
Gürcüstanlı idmançıları 22-24 noyabr tarixlərində Bakıda keçiriləcək “Alpaqut” Turan döyüş sənəti üzrə ikinci dünya çempionatında iştirak edəcəklər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, çempionata Gürcüstanın “Muaytay”, “Savate” və “Sayokan” federasiyalarını təmsil edən 17 idmançı qatılacaq.

"Bakıda keçiriləcək yarışda Marneulidən bir idmançı iştirak edəcək. O, 47 kq çəki dərəcəsində yarışacaq Eldar Qədimovdur. Digər 16 idmançı isə Tbilisidəndir. Bakıda keçiriləcək çempionata ümumilikdə 21 nəfər qatılacaq. Ümid edirik ki, bu il də vətənə qələbə ilə qayıdacağıq", – Faiq Məmmədov dedi.

Faiq Məmmədov onu da əlavə etdi ki, 2018-ci ildə Bakıda keçiriləcək “Alpaqut” Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Gürcüstan idmançıları vətənə dünya çempionu olaraq qayıtdılar.

"Qələbə ilə qayıdanlar arasında Marneulili idmançılarda var idi. Çox təəssüflər olsun ki, o zaman Marneulidən olan idmançılara meriya tərəfindən heç bir mükafat verilmədi", – Faiq Məmmədov dedi.

Xatırladaq ki, yarış döyüş sənətinə daxil olan beş - Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə təşkil olunacaq.

İyirmi ölkədən idmançıların mübarizə aparacağı yarışın açılış mərasimi noyabrın 22-də saat 16:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

FaceBook Twitter Google