On altı gün Tundrada itkin düşən şəxs sağ tapıldı
11:35 / 10.01.2020
Rusiyanın şimal-şərqindəki Çukotka bölgəsində iki
həftə öncə itkin düşən maral saxlayan işçilərdən birinin
axtarışları öz nəticəsini verib.
“Ria Novosti” agentliyi xəbər verir ki, Eqvekinot dairəsinin
növbətçi dispetçer xidmətinin nümayəndəsi məlumat verib ki, maral
saxlayan şəxs 21 dekabrda itkin düşüb.
“Onu tapdıq, sağ və salamatdır. On altı gün
qidalanmadığına görə arıqlayıb. Onu balıqçıların xüsusi daşınan
evindən (balok) tapıblar. Tibbi yardıma ehtiyac duymayıb”,
- növbətçi dispetçer bildirib.
Mənbə - Oxu.az