Ulduz basketbolçu Kobe Bryant helikopter qəzasında öldü
Dünyaca məşhur basketbolçusu Kobe Bryant həlak olub.

"Qafqazinfo" "Haberler"ə istinadən xəbər verir ki, o, helikopter qəzası nəticəsində dünyasını dəyişib.

Məlumata görə, hadisə səhər saatlarında Kaliforniyada baş verib.

Ehtimala görə, qəzaya düşən "Sikorsky S-76" tipli helikopterin içində "Los Angeles Lakers"in əfsanəsinin qızı Gianna da olub.

Qeyd edək ki, "Black Mamba" ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.

Mənbə qafqazinfo.az
Print Email
FaceBook Twitter Google