Azərbaycanda koronavirusa daha 27 nəfər yoluxub
Azərbaycanda koronavirusa daha 27 nəfər yoluxub. Bununlada bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 209 nəfərə çatdı. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 15 nəfəri artıq sağalıb, dörd nəfər isə dünyasını dəyişib. Saytda o da qeyd edilib ki, koronavirusa yoluxanlardan 3 nəfəri uşaqdır.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 190 nəfər müalicə olunur. Onlardan 25 nəfərinin vəziyyəti orta ağır, 23 nəfərinin isə vəziyyəti ağır hesab olunur. Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Onu da qeyd edək ki, Azərbaycanda indiyə qədər koronavirusa görə 25 000 nəfərdən analiz götürülüb.

Onu da əlavə edək ki, Azərbaycan Respublikası Prezidenti 2020-ci ilin 19 mart tarixində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması üçün Fərmanı imzalamışdı. Həmin fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılmışdır. Hüquqi və fiziki şəxslər tərəfindən də fonda dəstək göstərilib. Hal-hazırda bu günə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş ianələr ümumi həcimi 89 961 403 manat təşkil edir.

Print Email
FaceBook Twitter Google