Azərbaycanda koronavirusa daha 41 nəfər yoluxub
Azərbaycanda koronavirusa daha 41 nəfər yoluxub. Bununlada bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatdı. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 26 nəfəri artıq sağalıb, 5 nəfər isə dünyasını dəyişib. Saytda o da qeyd edilib ki, koronavirusa yoluxanlardan 3 nəfəri uşaqdır.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 369 nəfər müalicə olunur. Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinli orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır. Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Onu da qeyd edək ki, Azərbaycanda indiyə qədər koronavirusa görə 35 000 nəfərdən analiz götürülüb.
Print Email
FaceBook Twitter Google