Azərbaycanda koronavirusa daha 41 nəfər yoluxub
Azərbaycanda koronavirusa daha 41 nəfər yoluxub. Bununlada bu günə
qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatdı.
Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az
saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 26
nəfəri artıq sağalıb, 5 nəfər isə dünyasını dəyişib. Saytda o da
qeyd edilib ki, koronavirusa yoluxanlardan 3 nəfəri uşaqdır.
Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 369
nəfər müalicə olunur. Onlardan 8 nəfərin vəziyyəti ağır, 11
nəfərinli orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli
xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir,
onların səhhəti ciddi nəzarət altında saxlanılır. Koronavirusa
yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara
yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.
Onu da qeyd edək ki, Azərbaycanda indiyə qədər koronavirusa görə 35
000 nəfərdən analiz götürülüb.