Türkiyədə koronavirusdan həlak olanların sayı 356 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 356 nəfərə çatıb. Onların 79-u sutka ərzində vəfat edib. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 18 min 756 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 456 nəfərdə infeksiya aşkarlanıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 415 nəfər müalicə olunub.
Print Email
FaceBook Twitter Google