Azərbaycanda koronavirusa yoluxanların sayı 443 nəfərə çatıb
Azərbaycanda koronavirusa daha 43 nəfər yoluxub və 6 nəfər isə sağalıb. Bununlada bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 443 nəfərə çatdı. Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 32 nəfəri artıq sağalıb, 5 nəfər isə dünyasını dəyişib. Saytda o da qeyd edilib ki, koronavirusa yoluxanlardan 3 nəfəri uşaqdır.

Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 406 nəfər müalicə olunur. Onlardan 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinli orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır. Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, Azərbaycanda indiyə qədər koronavirusa görə 35 000 nəfərdən analiz götürülüb.
Print Email
FaceBook Twitter Google