Türkiyədə koronavirusdan həlak olanların sayı 425 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 425 nəfərə çatıb. Onların 69-u sutka ərzində vəfat edib. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 16 min 160 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 786 nəfərdə infeksiya aşkarlanıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 min 921 nəfərə çatıb. İndiyədək 484 xəstə isə sağalaraq evə buraxılıb.
Print Email
FaceBook Twitter Google