Azərbaycanda koronavirusa yoluxanların sayı 641 nəfərə çatdı
Azərbaycanda koronavirusa yoluxanların sayı 641 nəfərə çatdı.
Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az
saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 44
nəfəri artıq sağalıb, 7 nəfər isə dünyasını dəyişib.
Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 590
nəfər müalicə olunur.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli
xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin
edilir.