Türkiyədə koronavirusdan həlak olanların sayı 649 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 649 nəfərə çatıb. Onların 75-i sutka ərzində vəfat edib. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 21 min 400 nəfər üzərində müayinə aparılıb. Onlardan 3 min 148 nəfərdə infeksiya aşkarlanıb.

İndiyədək Türkiyədə koronavirusdan 1326 nəfər xəstə sağalaraq evə buraxılıb.
Print Email
FaceBook Twitter Google