Azərbaycanda koronavirusa yoluxanların sayı 822, ölü sayı isə 8 nəfərə çatdı
Azərbaycanda koronavirusa daha 105 nəfər yoluxub. Bununlada bu günə
qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 822 nəfərə çatdı.
Bu haqda məlumat Azərbaycan respublikasının Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən yaradılan koronavirusinfo.az
saytında yayımlanıb. Saytda yayımlanmış məlumata görə, onlardan 63
nəfəri artıq sağalıb, 8 nəfər isə dünyasını dəyişib.
Məlumatda o da qeyd olunub ki, indiki mərhələdə xəstəxanalarda 751
nəfər müalicə olunur. Onlardan 33 nəfərin vəziyyəti ağır, 47
nəfərinli orta ağır qiymətləndirilir. Hazırda xüsusi rejimli
xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir,
onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli
xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin
edilir.