Türkiyədə koronavirusdan həlak olanların sayı 812 nəfərə çatıb
Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 812 nəfərə çatıb. Onların 87-i sutka ərzində vəfat edib. "Marneuli" radiosu trt.net.tr saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sutka ərzində 24 min 900 nəfər üzərində müayinə aparılıb. Onlardan 4 min 117 nəfərdə infeksiya aşkarlanıb.

İndiyədək Türkiyədə koronavirusdan 1846 nəfər xəstə sağalaraq evə buraxılıb.
Print Email
FaceBook Twitter Google